"Camaat nə qədər taksiyə pul versin?!" - Əhali narazıdır | "6-dan sonra avtobus tapılmır" -VİDEO
Göygöl rayonunun Yeni Qızılca kəndinin sakinləri avtobus problemindən şikayətçidirlər.
Vətəndaşların sözlərinə görə, hazırda əraziyə xidmət göstərən avtobus xətlərinin fəaliyyəti axşam saat 6-da dayanır. Bu isə sakinlər üçün bir sıra çətinliklər yaradır. Yeni Qızılca kəndi Gəncə şəhərinin yaxınlığında yerləşdiyindən kənd əhalisinin böyük əksəriyyəti gündəlik iş və təhsil üçün şəhərə gedib-gəlir. Sakinlər marşrutların axşam saatlarında işləməməsi ilə yanaşı, avtobusların köhnə olmasından da narazıdırlar. Problemin həlli üçün onlar 7 nömrəli marşrut xəttinin təxminən 2 kilometr uzadılaraq Yeni Qızılca kəndinə qədər çatdırılmasını xahiş edirlər. Sakinlərdən birinin sözlərinə görə, mövcud vəziyyət xüsusilə məktəbli və tələbələr üçün əlavə xərc yaradır: "Məktəbə, universitetə gedən uşaqlarımız var. Axşam saat 19:00-da avtobusdan düşəndə onları qarşılamaq üçün mütləq özümüz dayanacağa getməli oluruq. Yaxşı olardı ki, avtobus marşrutu kəndimizin içindəki dayanacağa qədər uzadılsın.
Camaat taksi tutub getməyə məcbur olur. İnsanların qazancı elə də çox deyil ki, hər gün taksiyə pul xərcləsinlər". Baku tv
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: