Vətən müharibəsi qazisinə qarşı ədalətsizlik - Baş redaktor Qurbanxan Dəmirovdan Prezidentə müraciət-VİDEO
YeniŞirvanlı.İnfo.Az İctimai-Siyasi İnformasiya Agentliyinin baş redaktoru, 1991-ci ildən Ulu Öndəri dəstəkləyən Qurbanxan Dəmirov, müharibə iştirakçısı, Silahlı Qüvvələrin veteranı və Aprel döyüşlərinin qəhrəmanı Bəhruz Alışovun başına gələnlərlə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib.
Baş redaktor hadisə ilə bağlı ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və aidiyyəti dövlət qurumlarına müraciət edərək, Vətən müharibəsi qazisi Bəhruz Alışova dəstək olmalarını və bu qanunsuzluğun aradan qaldırılmasını xahiş edir:
“44 günlük Vətən müharibəsi dövründə hərbçilərimizə böyük dəstək göstərən cəmiyyətimiz və dövlət qurumlarımız indi də öz qəhrəmanlarına sahib çıxmalıdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, hazırkı dövrdə bəzi məmurlar tərəfindən Vətən müharibəsi iştirakçılarına qarşı nümayiş etdirilən ədalətsizlik bu müqəddəs mübarizənin ruhuna ziddir.
Bu cür halların qarşısının alınması və qəhrəman hərbçilərimizin hüquqlarının qorunması dövlətimizin və cəmiyyətimizin fundamental məsuliyyətidir. Baş verənlər əsl qanunsuzluqdur və Vətənə xidmət etmiş bir qazinin haqqının tapdalanması deməkdir.”
Xatırlayaq ki, Silahlı Qüvvələrin veteranı Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivində özünə məxsus, qanuni çıxarışı və Dövlət Kadastr və Reyestr Xidmətindən rəsmi sənədləri olan mülkündə inşa etdirdiyi hasarın və tikilinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi ilə üzləşib.
Bəhruz Alışov bu ədalətsizliyə qarşı haqqını tələb etmək məqsədilə sosial platformalar vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edib.
O, hətta Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin qəbulunda da olub və məsələnin ən yüksək səviyyədə həllinə nail olacağı barədə əminliyini bildirir.
YeniSirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: