Sabunçuda su çöllük əraziyə axır - VİDEO

5-09-2026, 10:29 214 dəfə baxılıb

 

Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib.

 

Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.

 

Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur.

 

Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.

 

Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.

 

Daha ətraflı “Baku TV”nin süjetində:

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031