“Təcili” və “vacib” mesajlara diqqət –DTX yeni kiberdələduzluq üsulunu açıqladı / VİDEO

3-10-2026, 10:25 137 dəfə baxılıb

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.

“Aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqət çəkir.

Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya “təcili” və “vacib” xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün onları hüquq mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönəldirlər. Müvafiq üsulla həmin şəxslərdən xarici hesablara pul vəsaitlərinin köçürülməsi, eləcə də müxtəlif qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb edilir.

Rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini ön plana çəkərək vətəndaşlardan şübhəli müraciət, tələb və ya mesajla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031