QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO

7-10-2026, 10:04 239 dəfə baxılıb

 

Qara dənizin Rumıniya sahillərində “Palmali” şirkətinə məxsus gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.

Məlumata görə, hücum nəticəsində vəfat edən gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.

O, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib.

Bir müddət əvvəl ordudan tərxis edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-i hücum zamanı gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam edir.

Şahidlər Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı yük gəmisinin dronla vurulduğunu deyiblər.

Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanada müalicə alır.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı deyib ki, qarğıdalı daşıyan, Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb. Zelenski bildirib ki, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisədən sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatı keçirib. Gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.

Xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir/qafqazinfo.

***

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hazırda müvafiq axtarış tədbirləri həyata keçirilir:

"Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik"

***

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.

Onun fotosunu təqdim edirik:

Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir. Aşpazın isə Masallıdan olduğu, cəsədininhələ də  tapılmadığı deyilir.

Xatırladaq ki, gəminin "Palmali"nin sahibi Mübariz Mənzimova məxsus olduğu haqqında xəbər yayılıb. 

***

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan  Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı yük gəmisində PUA hücumu olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, dron hücumundan sonra gəmidə yanğın çıxıb: "İnsident zamanı 2 nəfər həlak olub, onlardan biri azərbaycamnlıdır. 11  nəfər isə yaralanıb". 

***

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. 

“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.


***







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031