14 mərtəbəli iki binanın damında qəribə tikili (VİDEO)

11-10-2026, 09:51 206 dəfə baxılıb

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidə qanunsuz mansard tikinitisinin aparıldığı iddia olunur.

Yenisirvanli.İnfo.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 148 ünvanından gedir. 14 mərtəbəli iki binanın damında qəribə tikili var.
Sakinlər fərqli fikirlər səsləndirdilər, biri dedi ora mansard olsa da, yaşayış üçün yer tikilib ki, sonradan satılsın.
Bəziləri isə bildiriblər ki, iaşə obyekti xarakterli tikiliyə oxşuyur. Bunu isə mənfi hal kimi qiymətləndirdilər.
Binanın mühafizəçisi isə bildirib ki, tikinti qısamüddət ərazində aparılıb, şiferlər yenilənib.
Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina uzun illər əvvəl inşa edilib və həmin vaxtdan binada yaşayış mövcuddur. "Bəs binanın damında hansısa tikinti işləri aparılırmı" sualına icra hakimiyyətindən cavab verilməyib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031