Xırdalanda evlər dəyərindən aşağı satılır (VİDEO)

Bu gün, 10:06 205 dəfə baxılıb

 

Abşeron rayonunun Xırdalan şəhərində mənzillərin qiymətində ucuzlaşma müşahidə olunur.

Yenisirvanli.İnfo.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesində və Xırdalanın daxili küçələrində yaşanan tıxaclar, sakinlərin işə və təhsil müəssisələrinə gedərkən uzun müddət yolda qalması alıcıların seçimlərinə təsir edən əsas amillərdən sayılır.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ərazidə mənzil qiymətlərində 10-15 faizlik ucuzlaşma müşahidə edilir. Təkliflərdə 2 otaqlı mənzillərin qiyməti əsasən 80-120 min manat, 3 otaqlı mənzillərin qiyməti 54-124 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 129-149 min manat aralığında göstərilir.

Ekspert təsdiqləyir ki, vaxtilə paytaxta yaxınlığı və nisbətən ucuz mənzil imkanları ilə alıcıların əsas seçimlərindən biri olan Xırdalanda nəqliyyat sıxlığı və infrastruktur problemləri mənzil bazarına təsir edir.

Ekspert onu da bildirib ki, paytaxtda, eləcə də Bakıətrafı digər qəsəbələrdə isə qiymətlərin ucuzlaşması müşahidə edilmir. Əksinə, bahalaşma qeydə alınır.

  •  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031