Avropa Məhkəməsindən “Elmar Vəliyev İşi” ilə bağlı gözlənilməz qərar - DETALLAR

Bu gün, 10:34 10 000 dəfə baxılıb

 

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun Avropa Məhkəməsinə şikayəti üzrə qərar verilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Yunis Səfərovun Avropa Məhkəməsinə işgəncə şikayəti baxılan işlər siyahısından çıxarılıb.
Bu barədə qərar oktyabrın 22-də açıqlanıb.

Yunis Səfərov Avropa Məhkəməsinə ərizəsi pis rəftar və bu barədə şikayətinin səmərəli araşdırılmaması ilə bağlıdır. Azərbaycan hökuməti onun ərizəsilə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib. Hökumətin mövqeyi ərizəçiyə göndərilib və öz izahatını təqdim etməsi üçün vaxt verilib. Lakin müəyyən edilmiş müddətdə Yunis Səfərov və vəkilinin cavabı Avropa Məhkəməsinin Katibliyinə daxil olmayıb. Məhkəmənin məktubuna cavab verilmədiyinə görə onun ərizəsi baxılan işlər siyahısından çıxarılıb.
Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşpazova qarşı sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.mediatv.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031