Gürcüstanda Azərbaycana qarşı təxribat edən jurnalist həbs edilib

Bu gün, 10:37 105 dəfə baxılıb

 

Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham edilərək saxlanılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Dito Çubinidze bu ilin fevral ayından müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar yayıb, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031