Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın

Bu gün, 10:30 399 dəfə baxılıb

 

Böyük Britaniya hökuməti fövqəladə hallara hazırlıq məqsədilə əhaliyə evdə üç günə kifayət edəcək ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Hökumətin oktyabrın 22-də elan etdiyi “Hazır ol” (“Be Ready”) kampaniyası çərçivəsində vətəndaşlara elektrik enerjisi, su, telefon və internet xidmətlərində yarana biləcək fasilələrə hazır olmaq çağırışı edilib.

Tövsiyələrə uzun müddət saxlanıla bilən ərzaqların və qablaşdırılmış suyun ehtiyatını yaratmaq daxildir. Həmçinin əlavə dəstəyə ehtiyacı olan şəxslərin müvafiq xidmətlər reyestrində qeydiyyatdan keçməsi məsləhət görülüb.

Hökumət bildirib ki, güclü fırtınalar və meşə yanğınları gündəlik xidmətlərin fəaliyyətində fasilələrə səbəb ola bilər. Əhalinin əvvəlcədən hazırlıq görməsi fövqəladə xidmətlərin yükünü azaldaraq onların daha çox yardıma ehtiyacı olan insanlara diqqət yetirməsinə imkan verəcək.

Qeyd edək ki, üçgünlük ehtiyat saxlamaq tövsiyəsi Fransada, İrlandiyada və Niderlandda da tətbiq olunur./Lent.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031