Filippində bərə batdı - Ölənlər və itkin düşənlər var

26-01-2026, 09:23 318 dəfə baxılıb

 

Filippin sahillərində içərisində 350-dən çox insan olan bərə batıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.


Bildirilib ki, hadisə nəticəsində 15 nəfər həlak olub, 43 nəfər itkin düşüb, azı 316 sərnişin isə xilas edilib.


İlkin ehtimala görə bərənin batmasına səbəb texniki nasazlıq olub.


Qeyd edək ki, qəzaya uğrayan bərənin içərisində 27 ekipaj üzvü olub.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031