İsraildə ölənlərin sayı açıqlandı

11-03-2026, 08:27 876 dəfə baxılıb

 

İsrail ordusu İranın zərbələri nəticəsində ölən və yaralananların sayını açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


Bildirilib ki, İrandan hər gün fasilələrlə raket hücumları həyata keçirilir. Eyni zamanda, “Hizbullah”ın Livan ərazisindən tank əleyhinə və qısa mənzilli raketlərlə hücumlara qoşulduğu qeyd olunub.


Məlumata əsasən, İranın cavab hücumları nəticəsində ölkədə 12 nəfər həlak olub, 200 nəfər yaralanıb və onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.


Qeyd edək ki, İran rəsmilərinin açıqlamasına əsasən, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə ümumilikdə 1332 nəfər həyatını itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031