Demokrat namizədi təhqir etdi - “Donuz kimidir” - Video

11-06-2026, 08:32 1 606 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının Senat seçkilərində 72 faiz səs toplayan namizədi Qrem Platner barədə sərt açıqlama verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp, Platneri hədəf alaraq onun haqqında tənqidi ifadələr işlədib.


Tramp çıxışı zamanı Platneri “donuza bənzətdiyini” deyib və daha sonra bu ifadəni daha da sərtləşdirərək, onu “tamamilə donuz kimi” adlandırıb: “O, tam donuz kimidir. Mən, adətən, insanlara yaxşı ləqəblər verirəm, amma ona vermək istəmirəm, çünki hətta donuzların da bundan inciyəcəyini düşünürəm”.


Qeyd edək ki, Trampın tənqid etdiyi Qrem Platnerin adı son dövrlərdə bir sıra qalmaqallarla hallanıb. Belə ki, onun svastika döyməsi olub (sonradan sildirib), evil olduğu müddətdə bir çox qadınla münasibəti olub, eləcə də, keçmiş sevgilisi tərəfindən təcavüzdə ittiham edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930