Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 23-də davam etdirilib.
Yenisirvanli.İnfo.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalı prosesində iştirak etdiyini təsdiqləyib. O, müxtəlif illərdə keçmiş qondarma qurumda "tabor komandiri", "diviziya komandiri" və "artilleriya rəisi" olduğunu bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyan rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirakını etiraf edərək deyib: "Ağdamda, Cəbrayılda, Ağdərədə, Füzulidə və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm".
Məhkəmə prosesində daha sonra Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan "Şuşa əlahiddə taboru"nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Kadrlarda bildirilir ki, Ermənistandan və dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ-dan, Kanadadan, Suriyadan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də "Şuşa əlahiddə taboru" yaradılıb.
Videomaterialda deyilir ki, "Qarabağın azad edilməsi uğrunda" döyüşlərdə iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüsü olub. Kadrlarda göstərilir ki, işğalçı Ermənistan ordusunun hərbçisi Petros Gevondyanın abidəsi önünə güllər qoyulur.
Materialda, həmçinin bildirilir: "Jirayr Sefilyan 1967-ci ildə Beyrutda anadan olub. "Mübarizə"də iştirak etmək məqsədilə 1990-cı ildə vətənə gəlib. Hərbi təlimçi kimi 1990-cı ildən Ermənistanın müxtəlif rayonlarında "yerli özünümüdafiə qrupları"nın formalaşmasında iştirak edib. 1991-ci ildə qrup komandiri kimi Qarabağın bir sıra rayonlarının yaşayış məntəqələrinin "müdafiəsi"ndə iştirak edib.
1992-ci ildə "Daşnaksütyun" döyüş qrupları əsasında Qarabağda ilk bölmələrdən biri yaradılıb və bunun əsasında bir neçə ay sonra keçmiş qondarma rejimin "ordusu"nun "Şuşa əlahiddə batalyonu" formalaşıb. Bütün müharibə boyunca bu hərbi hissənin komandiri Jirayr Sefilyan olub. Onun rəhbərliyi altında həmin hərbi hissənin bölmələri Qarabağın bütün rayonlarının, həmçinin Ağdamın işğal edilməsində iştirak edib.
Videoda bildirilir ki, Qarabağın "azad edilməsi" döyüşlərində iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüləri olub. Vurğulanır ki, müharibədən sonra J.Sefilyan 1997-ci ildən 1998-ci ilədək 6-cı müdafiə rayonunun komandiri olub. O, 1-ci dərəcəli "Döyüş Xaçı" medalı (Ermənistan Respublikasının - red.), digər döyüş medalları və dövlət mükafatları ilə təltif olunub. Ermənistanın silahlı qüvvələrində polkovnik-leytenant rütbəsinə malikdir.
Videomaterialda Movses Akopyan (2016-2018-ci illərdə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi olub - red.) çıxışında onların hərbi hissələrinin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər: "Bu gün xidmət edən zabitlər xəritə üzərindən görə bilərlər ki, Qaraxanbəyli istiqamətində düşmənin dərinliyinə doğru irəliləmişik. Tabor Əsgəran, Şuşa, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan əməliyyatlarında iştirak edib".
Kadrlarda Davit İşxanyan da görünür.
Videogörüntülərdəki şəxsin özü olduğunu təsdiqləyən təqsirləndirilən David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini deyib.
D.Manukyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Videomateriallar tədqiq edilməklə sualları cavablandıran təqsirləndirilən David Manukyan təqdim olunan görüntülərdəki şəxsin özünün olmasını təkrar təsdiqləyərək, Şuşa taborunun tərkibində Ağdərədə, Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
Təqsirləndirilən şəxs işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi barədə suallara cavab verməkdən yayınıb.
Daha sonra sualları cavablandıran təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Vüsal Abdullayevin "1993-1994-cü illərdə hansı əməliyyatlarda iştirak etmisiniz" sualına cavab olaraq deyib ki, sağlamlığı ilə əlaqədar atəş aça bilmədiyinə görə döyüş əməliyyatlarında iştirak etməyib. "Xankəndidə yerləşən 8-ci alayın mərkəzi müdafiə rayonunun silah anbarına cavabdeh şəxs idim. 8-ci alay demək olar bütün döyüş əməliyyatlarında - Şuşa, Laçın, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Horadiz döyüşlərində iştirak edib. Həmin alayın komandirlərindən biri də qardaşım olub. Alayın komandiri isə Samvel Karapetyan idi. Onu 1993-cü ilin yanvarından tanıyıram", - deyə o əlavə edib.
Ardınca videomaterial nümayiş olunmaqla Arayik Harutyunyana suallar verilib.
Videomaterialda jurnalistə müsahibə verən A.Harutyunyan döyüş əməliyyatlarının aparılması qaydası haqqında və Samvel Karapetyanla ilk görüşü barədə məlumatlar verərək deyir: "Mənim sonrakı komandirimlə (Samvel Karapetyan - red.) ilk görüşüm 1992-ci il mayın 7-də olub. O vaxt biz mayın 9-da Şuşaya girmək əməliyyatını planlaşdırırdıq. Hər şey uğurla başa çatdı, Şuşanı azad etdik".
Kadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs Güllücənin tutulması barədə videoda səsləndirdiyi fikirlər barədə isə qeyd edib: "Biz Güllücəyə girdik deyərkən 8-ci alayı nəzərdə tuturdum".
Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.
O, suallara cavabında deyib: "Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb".
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən 2 iclasın birində iştirak etdiyini vurğulayaraq söyləyib: "2020-ci ilin may ayında "prezident" vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətdə BMT-nin 4 qətnaməsi də var idi".
Dövlət ittihamçısı Vüsal Əliyevin vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.
Daha sonra dindirilən David Babayan dövlət ittihamçılarının BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki işğalçı qüvvələrin kim olması barədə suallarına cavab verməkdən yayınıb.
Məhkəmədə Arkadi Qukasyanın vəkillərin biri məhkəməyə müraciət edərək səhhətində yaranan problemə görə əvəzlənməsini xahiş edib.
A.Qukasyan müdafiəçisinin dəyişməsinə etirazının olmadığını bildirib. Məhkəmə təqsirləndirilən şəxsə yeni müdafiəçinin təyin olunması barədə qərar qəbul edib və icrası üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərib.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, həmçinin müdafiəçilərin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırıblar.
Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Milli.Az

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb
Ermənistanın imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub - FOTO
"İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" - MƏHKƏMƏ - FOTO
Məhkəmədə tükürpərdən faktlar açıqlandı - FOTO
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
Millidən uzaqlaşdırılan Ronaldodan ilk reaksiya
Ərdoğan erkən seçkiyə gedir? – Bakıdan gözlənti
Astara sakini pilləkəndən yıxılaraq ölüb
Azərbaycan əleyhinə çağırış edən aktyor axtarışa verildi
Baş nazirin müavinlərinin sayı artdı - Onlar kimlərdir?
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO
Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?
Telefon zəngləri ilə bağlı mübahisə etdiyi tanışını bıçaqladı, 7 il cəza aldı
Cəlilabadda torpaq sirri: Kim satır, kim alır?-VİDEO
Zabrat qəsəbəsindəki BİABIRÇI asfalt örtüyü narazılıq yaratdı
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - MƏHKƏMƏ
Lavrov Bakıda elə söz dedi ki… – Zəngəzura təhdid
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO
Tramp: "İranı vuiran günə qoyduq" - "Benzin qiymətləri əvvəlkindən daha da aşağı olacaq"
İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
İran yeni qırıcı təyyarəni sınaqdan keçirəcək - müdafiə nazirindən AÇIQLAMA