“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”

16-06-2026, 09:34 1 655 dəfə baxılıb

 

“Tehran müqavilənin şərtlərinə əməl etməsə, ABŞ İrana qarşı zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Di Vens deyib.


“Bütün üstünlüklər bizim əlimizdədir. Onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, - o qeyd edib.


Vens həmçinin vurğulayıb ki, ABŞ-İran razılaşması Vaşinqton tərəfindən Tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur: “Bununla belə, digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. Razılaşmada qeyd olunur ki, onlar ABŞ-dən bir qəpik də almayacaqlar. İranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031