Qazaxıstan parlamentinə seçkilər bu tarixdə keçiriləcək

1-07-2026, 15:57 1 737 dəfə baxılıb

 

Qazaxıstanda Kurultay adlanan birpalatalı yeni parlamentə ilk seçkilər 23 avqustda keçiriləcək. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanında deyilir.


Həmçinin Fərmanla Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanmasını və keçirilməsini təşkil etmək, respublikanın hökumətinə və regionlardakı yerli hakimiyyət orqanlarına isə onların təşkili və maddi-texniki təminatı üzrə tədbirlər görmək tapşırılıb. Fərman dərc edildiyi andan qüvvəyə minib.


Qeyd edək ki, Qazaxıstanın yeni Konstitusiyası bu gün, iyulun 1-də qüvvəyə minib. Yeni Konstitusiya 5 illik müddətə seçiləcək və 145 deputatdan ibarət olacaq birpalatalı parlamentə keçidi nəzərdə tutur. Deputatlar Kurultaya yalnız partiya siyahıları ilə seçilə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031