Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu - Fotolar

Bu gün, 08:33 1 786 dəfə baxılıb

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.


“Yenisirvanli.info.az” AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.


Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.


Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.


Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031