“İran və Şimali Koreya artıq bizə hücum edib”

Bu gün, 14:17 1 867 dəfə baxılıb

 “İran və Şimali Koreya artıq bizə hücum edib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində bildirib. 


Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücumundan sonra Tehranın cavab tədbirləri hüququnu özündə saxladığına dair bəyanatını şərh edən Zelenski qeyd olunan hər iki ölkənin Moskvaya dronlar, raketlər və mərmilər tədarük etdiyini, Şimali Koreyanın isə hətta müharibəyə 10000 hərbçi göndərdiyini söyləyib. 


“Biz ehtiyatlı olmalıyıq. Yeni cəbhənin açılmaması üçün əlimizdən gələn etməliyik, amma həm də dürüst olmalıyıq. İranlılar və şimali koreyalılar artıq bizə hücum ediblər”, - o deyib.


Xatırladaq ki, Ukrayna iyulun 25-də Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib. Hücum nəticəsində heyət üzvlərindən bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb. İran tərəfi isə Ukraynanın bu addımının cavabsız qalmayacağını bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031