Zaqatalaya güclü leysan və dolu yağıb (VİDEO)

Bu gün, 10:59 103 dəfə baxılıb

 

Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub.

Yenisirvanli.İnfo.Az APA-a istinadən xəbər verir ki, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır.

Oktyabrın 23-ü axşam saatlarında qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon ərazisində bir saatdan artıq davam edən güclü leysan yağıb.

Yağıntılar nəticəsində dağ çaylarında suyun səviyyəsinin artdığı bildirilir.

Rayonun Yuxarı Tala kəndində isə təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu yağıb.

İlkin məlumata görə, dolu şəxsi təsərrüfatlarda ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurub.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031