Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Bu gün, 11:18 158 dəfə baxılıb

 

Bakının Nizami rayonunda iaşə obyektindən yayılan qoxu sakinlərin narazılığına səbəb olub.

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində, yerləşən “N1 Tantuni” adlı obyektdən gedir.

Sakinlər iddia edirlər ki, Qara Qarayev prospekti 34/67 ünvanında yerləşən obyektdə yeməklərin hazırlanması zamanı yaranan kəskin qoxu mənzillərə dolur.

Sakinlər bildirirlər ki, xüsusilə qutab, peraşki və şaurma hazırlanarkən yaranan güclü yağ və qida qoxuları mənzillərə dolur və ciddi narahatlıq yaradır. Onların sözlərinə görə, obyektin havalandırma və aspirasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır.

Obyektin sahibi isə deyilənlərlə razılaşmır.

Qeyd edək ki, obyektin tikintisinin və fəaliyyətinin müvafiq norma və tələblərə uyğunluğu, həmçinin havalandırma sisteminin mövcud olmaması nəzərə alınaraq, müvafiq qurumların müdaxiləsindən sonra sakinlərin şikayəti təmin edilib.

İaşə obyektinin fəaliyyəti dayandırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031