Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi
Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.
Yenisirvanli.İnfo.Az Modern.az-a istinadən xəbər verir ki, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.
O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.
Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: