Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR

26-09-2026, 10:26 134 dəfə baxılıb

 

Milli Məclisdə pensiya qanunvericiliyinə ciddi dəyişikliklər nəzərdə tutan yeni qanun layihəsi təqdim olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, dəyişikliklər deputatlar, diplomatlar, MSK, Hesablama Palatası üzvləri, Ombudsman və digər dövlət qulluqçularını əhatə edir.

Bəs mahiyyətcə nə dəyişir?

1. Əməkhaqqı ilə pensiya arasındakı zəncirvari əlaqə qırılır

Mövcud sistemdə fəaliyyətdə olan deputatın və ya dövlət qulluqçusunun maaşı qaldırılan kimi, pensiyada olan keçmiş deputat və vəzifəlilərin də pensiyası avtomatik artırdı. Yeni layihə ilə bu bağ tamamilə ləğv edilir.

2. Bütün pensiyalar fərdi kapitala keçir

Bundan sonra xüsusi statuslu şəxslərin də pensiyası sıravi vətəndaşlarda olduğu kimi, işlədikləri dövrdə fərdi hesablarında toplanan pensiya kapitalı əsasında hesablanacaq.

3. Staj faizi yerinə konkret vəzifə əlavəsi

Qulluq stajına görə faizlə verilən əlavələr ləğv edilir. Bunun əvəzinə tutulan vəzifə təsnifatına uyğun olaraq sabit aylıq pensiya əlavəsi ödəniləcək.

4. Deputatların pensiyası kəskin azalacaqmı?

Xeyr, onlar yüksək maaş aldıqları üçün fərdi hesablarındakı kapital və tətbiq olunacaq vəzifə əlavəsi hesabına gələcəkdə də yüksək pensiya alacaqlar. Lakin onların pensiyalarının fəaliyyətdə olanların maaş artımına uyğun olaraq "sərhədsiz şişməsi" və büdcəyə nəzarətsiz yük olması əngəllənəcək. 5. Sənəd toplamağa son

Müraciətlər tam elektronlaşdırılır — pensiyalar proaktiv (avtomatik) qaydada, heç bir idarəyə getmədən təyin olunacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031