"TikTok"un Azərbaycandakı fəaliyyəti ilə bağlı QƏRAR VERİLDİ

1-10-2026, 11:06 111 dəfə baxılıb

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə daha 2 xarici rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Ölkə.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bunlar, İsveçin "Spotify AB" və Sinqapurun "TikTok Pte. Ltd." şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu gündən qüvvəyə minib.

Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031