NİİM motosiklet və skuter idarə edənlərə xəbərdarlıq ETDİ

13-10-2026, 10:31 59 dəfə baxılıb

 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet və skuter idarə edənlərə xəbərdarlıq edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, NİİM-dən verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"İki təkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, başqalarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir!

Təəssüf ki, paytaxt yollarında, motosiklet və skuter idarə edən bəzi sürücülər elə düşünürlər ki, onlar qaydaları pozmaqla əməllərinə məsuliyyət daşımırlar. Ona görə də belə sürücülər svetoforun qırmızı işığında keçir və yollarda təhlükəli manevrlər edirlər. Görünür, bu şəxslər törətdikləri qayda pozuntularının hansı ağır nəticələrə səbəb ola biləcəyini nəzərə almırlar.

Bu cür davranışa yol verən sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsini diqqətlə izləməyi tövsiyə edirik. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq, iki təkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri qeydə alınan qəzalardan nəticə çıxarmağa və yollarda qaydalara əməl etməyə çağırırıq".

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031