Hicab barədə "qərar icra edilməlidir, vəssalam" - deputat Hikmət Babaoğlu

17-10-2026, 10:38 76 dəfə baxılıb

 

Millət vəkili Hikmət Babaoğlu hicabla bağlı ayrıca qadağanın olmadığını deyib və əlavə edib ki, "qəbul edilmiş qanun, qəbul edilmiş qərar icra edilməlidir, vəssalam"
 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, BBC News Azərbaycancaya danışan hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Hikmət Babaoğlu məktəblərdə yeni geyim qaydalarının tətbiqi və bunun hicablı şagird və müəllimlərə təsiri ilə bağlı sualları cavablandırıb.

Hikmət Babaoğlu hicabla bağlı ayrıca qadağanın olmadığını deyib və əlavə edib ki, "qəbul edilmiş qanun, qəbul edilmiş qərar icra edilməlidir, vəssalam".

Azərbaycan məktəblərində tətbiq edilən yeni geyim qaydalarında hicabın adı birbaşa qeyd olunmur. Bununla belə, paytaxt Bakı və müxtəlif bölgələrdən gələn xəbərlər görə, bəzi məktəblərdə hicablı şagird və müəllimlərin dərslərə buraxılmaması iddia olunur.

16 oktyabr tarixinə kimi Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı ölkə üzrə vahid və ətraflı izahat yayımlamayıb. Nazirlik rəsmiləri də hicablı şagird və müəllimlərə dair qaydaların necə tətbiq olunmalı olduğu barədə ayrıca açıqlama verməyiblər.

Rəsmi qurumlar məktəblərdə hicabın xüsusi olaraq qadağan edilib-edilmədiyi barədə suala birbaşa cavab vermir, daha çox vahid məktəbli formasının tətbiq olunduğunu vurğulayırlar.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031