Mingəçevirdə şagird məktəbdə ağır xəsarət aldı

8-10-2025, 21:24 83 dəfə baxılıb

 

Mingəçevirdə bədbəxt hadisə baş verib.


Yenisirvanli.info.az  xəbər verir ki, hadisə şəhərin 4 saylı orta məktəbində qeydə alınıb.


Belə ki, məktəbin 6-cı sinif şagirdi məktəbin həyətində sinif yoldaşları ilə birlikdə olarkən baş nahiyəsindən ağır bədən xəsarəti alıb.


Xəstəxanaya çatdırılan yaralı oğlan əməliyyat olunub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması barədə polisə məlumat daxil olub. İzahatlar alınıb və hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031