Qazaxda baş vermiş qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB

29-03-2026, 10:42 908 dəfə baxılıb

 

Qazax rayonunda minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində həlak olan şəxs ehtiyatda olan polis zabiti imiş.


Yenisirvanli.info.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticısundə həyatını itirən Məzahir İbrahimxəlilov uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir neçə il öncə xidmətdə yaş həddi ilə əlaqədar təqaüdə göndərilibmiş.


Xatırladaq ki, dünən Qazax-Əskipara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031