Həbsdə olan jurnalist Aynur Elgünəşin vəziyyəti pisləşib

19-10-2026, 09:54 267 dəfə baxılıb

 

“Meydan Tv”işi üzrə 2 ilə yaxındır ki, həbsdə olan jurnalist Aynur Elgünəşin vəziyyəti pisləşib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.

Vəkil  deyib ki, A.Elgünəş böyrəyində yaranan ciddi problem səbəbindən Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb:

“Aynur Egünəş əvvəllər ayağındakı problemlərlə bağlı 16 dəfə əməliyyat keçirib. İndi də böyrəyində problem yarandığı üçün həkim nəzarətinə götürülüb. Hazırda onun daha yaxşı müayinə-müalicəsi üçün istintaq təcridxanasından kənar klinikaya köçürülməsi zəruridir”.

Z.Sadıqova qeyd edib ki, növbəti məhkəmə iclasında müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyəcəklər.

Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir/qafqazinfo.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031