“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar

25-03-2026, 15:26 887 dəfə baxılıb

 

“Real” tibbi heyətinin hamısını qovub. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.


Buna səbəb isə onların komandanın ulduzu Kilian Mbappeyə səhv diaqnoz qoymasıdır. Belə ki, tibbi heyət superulduzun zədəli olan sol dizinin əvəzinə, sağ dizini yoxlayıb və rəy verib.


Daha sonra Mbappe Fransaya gedərək yenidən tibbi yoxlanışdan keçib. O bildirib ki, sol dizində yüngül zədə var imiş.


Hətta futbolçu qəzəbli şəkildə belə açıqlama verib: “Mənə yalan danışdılar. Yaxşı ki, yenidən müayinə olundum”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031