13 cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

3-08-2026, 13:40 1 898 dəfə baxılıb

 Azərbaycanın 13 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.


“Yenisirvanli.info.az” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkə təmsilçiləri 6 çəki dərəcəsində qüvvəsini sınayacaq.


8-9 avqust tarixlərində keçiriləcək turnirdə komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.


Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə ( hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) tatamiyə çıxacaqlar.


Oğlanların turnirində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) mübarizə aparacaqlar.


Qeyd edək ki, beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930