AAYDA ilə bağlı QALMAQAL – Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?

9-08-2026, 12:16 533 dəfə baxılıb

 

Bakı şəhəri Suraxanı rayonu Şovqiyar Abdullayev küçəsinin sakinləri yaşadıqları ərazidə yol örtüyünün uzun illərdir bərbad vəziyyətdə qalmasından narazıdırlar. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, Musavat.com-a müraciət edən sakinlər bildirirlər ki, küçənin asfaltlanması məqsədilə kollektiv şəkildə Suraxanı bələdiyyəsinə rəsmi ərizə təqdim ediblər.

Müraciət bələdiyyə sədri Nəsib İsmayılov tərəfindən qəbul olunub və onlara bildirilib ki, məsələ baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) göndərilib. Lakin həmin vaxtdan bəri nə Agentlik tərəfindən hər hansı rəsmi cavab verilib, nə də yolun təmiri ilə bağlı konkret tarix açıqlanıb.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə AAYDA-dan məsələ ilə bağlı məlumat almağa çalışsalar da, nəticə əldə edə bilməyiblər. Onlar deyirlər ki, ən azından yolun nə vaxt asfaltlanacağı və ya ümumiyyətlə layihənin icra olunub-olunmayacağı barədə rəsmi mövqe bildirilməsini istəyirlər.

“Bizə nə “yolu çəkəcəyik” deyən var, nə də “çəkməyəcəyik”. Tam qeyri-müəyyən vəziyyət yaranıb. İnsanlar bilmirlər ki, gözləsinlər, yoxsa başqa çıxış yolu axtarsınlar”, – deyə sakinlər bildirirlər.

Hazırda küçənin vəziyyəti isə gündən-günə ağırlaşır. Yol boyu yaranmış dərin çala və çuxurlar həm piyadalar, həm də sürücülər üçün ciddi problem yaradır. Yay aylarında toz-torpaq sakinlərin gündəlik həyatını çətinləşdirirsə, yağışlı havalarda vəziyyət daha da dözülməz olur. Yol palçığa çevrilir, piyadaların hərəkəti demək olar ki, mümkünsüzləşir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930