Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?

17-08-2026, 11:42 267 dəfə baxılıb

 

Həyət hər tərəfdən hasarlanıb, gediş -gəliş çətinləşib.. bir hissəsində tikinti gedir…bir hissəsində isə yaşayır var.

Yenisirvanli.İnfo.Az bildirir ki, görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 43 ünvanındandır.
Sakinlər iddia edirlər ki, tikinti işlərini icra edən “Qlobal-99 MTK” həyətə girişi məhdudlaşdırıb. ərazidə olan 8 evin sakinləri köçürülsə də, 4 ailə ilə tikinti şirkəti arasında razılıq əldə olunmadığından onlar ünvanda yaşamağa davam edirlər. MTK isə ərazinin bir hissəsində tikinti işlərini aparır.
“Qlobal-99″MTK-dan sorğumuza cavab olaraq bildirildi ki,inşaat işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunur,hasara alınan ərazi isə şirkətin xüsusi mülkiyyətidir. Ərazidə çoxmərtəbəli yaşayış binasınin bünövrəsi qoyulur. Sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Qalan 4 ailənin isə 52 kvadratmetrlik mənzil əvəzinə 88 kvadratmetrlik mənzil tələb etməsi səbəbindən məsələ hazırda məhkəmə müstəvisindədir.
Xəzər TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031