SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...

13-10-2026, 10:21 291 dəfə baxılıb

 

Dövlət müəssisəsi əməkdaşının hərbi xidmətdən yayınması faktının araşdırılması ilə bağlı işçilər adından SOCAR rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: 

"SOCAR-ın Baş Ofisinin Qazma xidmətlərinin idarə edilməsi şöbəsinin rəisi Kamran Quluzadənin qanunsuz olaraq hərbi xidmətdən və hərbi mükəlləfiyyətdən yayındığı faktı var.

Hər halda strateji dövlət müəssisəsində cavabdeh vəzifə tutan şəxsin bu əməli Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin və Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən yayınma) tələblərinə ziddir..."

Bu məqama diqqət yönəldən müraciət müəllifləri əlaqədar qurumların rəhjbərliyindən və əlaqədar şəxslərdən təcili tədbir görülməsini istəyirlər. Müraciətdə daha sonra bildirilir: "Sizdən xahiş edirik:

1. Kamran Quluzadənin hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququnun qanuniliyi hərtərəfli araşdırılsın.

2. Hərbi xidmətdən yayınma və ya vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) faktı təsdiqini taparsa, barəsində cinayət işi başlanılsın və tutduğu vəzifəyə uyğunluğuna baxılsın..."

Məsələ diqqətimizdədir...



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031