Ağdaşda 22 yaşlı oğul pula görə atasını bıçaqladı

10-07-2025, 10:44 221 dəfə baxılıb

Ağdaş rayonunda 22 yaşlı oğlan atasını bıçaqlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Ağdaş şəhəri, Vaqif küçəsi, ev 44-də baş verib. Həmin ünvanda yaşayan, anadangəlmə nitq qüsurlu Həmid Elyazov (ad və soyad şərtidir) atasından pul istəyib. Atası ona 12 manat versə də, Həmid ondan daha artıq pul istəyib. Atası isə onu otaqdan qovub, əvəzində qızına bir manat verib.

Prosesdən əsəbiləşən Həmid mətbəxdən bıçağı götürərək atasını qorxudub, ondan daha çox pul tələb edib. Atası ikinci dəfə Həmidi otaqdan qovmaq istəyərkən o, əlindəki bıçaqla atasına hücum edib və ona 3 zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və H.Elyazov saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə H.Elyazovu hadisəni törədərkən anlaqsız vəziyyətdə olması qərarına gəlib və onu cəzadan azad edib. H.Elyazov məcburi müalicəyə göndərilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031