Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu

21-08-2026, 12:34 57 dəfə baxılıb

 

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayında "Boulevard Hotel"də baş verib. Belə ki, hoteldə ofisiant işləyən Seymur Manafov Şəmistan Əliyevi camaşırxanada bıçaqlayaraq öldürüb. Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. /APA


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930