Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

8-10-2026, 10:15 99 dəfə baxılıb

 

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Yenisirvanli.İnfo.Az komitəyə istinadən xəbər verir ki, İdarənin "Astara" gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməsə də, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.


Bununla əlaqədar sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun belinə korset vasitəsilə bağlanmış 3 ədəd bağlamadan ümumilikdə 3000 ədəd həbdən ibarət külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.


Bundan əlavə, gömrük nəzarəti tədbirləri zamanı sürücünün gömrük postunun ərazisinə atdığı 2 ədəd bağlamaya da baxış keçirilib.


Baxış zamanı həmin bağlamalardan xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031