Xalq artisti Şükufə Musayeva “AStar” verilişində qonaq olub.
Birinci Qarabağ müharibəsində iştirak edən sənətçi döyüşlər zamanı yaralandığını və hələ də bədənində qəlpələrin qaldığını açıqlayıb:
“1990-cı illərdə vəziyyət ağır idi. Hər gün ölüm-itim, Şuşa od-alov içində yanırdı. Hər gün atırdılar, darmadağın edirdilər. Müharibəni ancaq uşaq vaxtı kitablarda oxuyub, filmlərdə izləmişdim. Ağlıma gəlməzdi ki, müharibə olar və mən istirak edərəm. Dedim vətənim üçün nəsə edim. Könüllü şəkildə müharibəyə getdim.
Birinci döyüş yolum Şuşadan keçdi. Sonra Laçında oldum. Sonuncu Ağdərəyə getdik. Orada çox ağır yaralandım. Həmin vaxt döyüş yoldaşlarımızdan ikisi şəhid olmuşdu, 8-i isə yaralanmışdı. Yaralananlara köməyə getdik. Şakir adlı biri var idi. Xərəyi məndən aldı ki, buraya qədər daşımısan, qalanını biz edək. Arxaya çəkildim. Bir də eşitdim ki, kimsə “Ay Allah” söylədi. Bilmədim ki, bunu deyən Şakirdir. Sonra gördüm ki, mənə istilik gəldi, keyidim. Bir dəfə ayıldım, gördüm ki, nəsə yanır. Bircə onu dedim ki, komandir, kömək edin, uşaqlar yanır. Bizi vurublar. Beynim silkələnib. Bədənimdə 100-dən çox qəlpəm var idi. Hamısı dolub bədənimə, qulağımdan qan fışqırır. Tərtərə xəstəxanaya aparıblar. Orada dumanlı yerdə uçduğumu xatırlayıram. Görürəm ki, komandir məni dartır. Ayılanda eşitdim ki, dedilər “Şükür Allaha, ölmədi”. 3 gün özümə gəlib-getmişəm. Orada 27 tikiş vurulub mənə. Ən çox üzümə qəlpə düşüb. Allaha min şükür, gözümün ağındakı qəlpə sürüşüb burnumun üstündən çıxdı. Özüm çıxartdım. Əməliyyatla qəlpələrimi çıxartdılar. Bakıda da əməliyyat olundum. Qulağımın pərdəsi də dağılmışdı. İndi də bədənimdə qəlpələr var. Çoxu dərimin altındadır. Boğazımda da var idi. Dedilər çıxartsaq səs telini zədələyə bilərik. Dedim ki, elə olsa, yaşamaq istəmirəm. Ondansa, ölməyim daha yaxşıdır. Xəstəxanalarda çox oldum. Yeriyə, qalxa bilmirdim. Tikişlərim çox ağrıdırdı. Hər dəfə eşidəndə ki, torpaqlarımız işğal olunur, pis olur, qışqıırdım. Düşünürdülər dəli olmuşam. Şükür ki, indi torpaqlarımız azaddır. Ən böyük sevincim torpaqlarımızın azad olunmasını görməyimdir. Min şükür olsun”.
Qeyd edək ki, Ş.Musayeva ötən gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülüb. (Axşam.az)

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində bitməyən macəralar -VİDEO
Bu gün “Təzadlar” qəzetinin 32 yaşı tamam olur! Şərəfli Zərdabi yolu!...
Səhiyyəmiz sağaltmır, öldürür!
Trampa Əliyevdən donos yazan tanınmış azərbaycanlı…
Neftimiz bu gün də bahalaşdı
TƏBİB-də yeni - Təyinat
Tofiq Mirzəyev vəfat etdi
“BMT-nin yeni rəhbəri İnfantino olsun” - Trampdan təklif
“Bütün qərarlar Xameneinin göstərişlərinə uyğun qəbul edilir”
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
“Biz artıq buna nail olmuşuq” - Yenilənib
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Ölkədə bir daha seçkilərin keçirilməyəcəyini açıqladı
Argentina çempion kimi qarşılandı - Video
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu
“Azeri Light” bahalaşdı
Prezident Britaniyanın yeni Baş nazirini təbrik etdi
ABŞ-nin İrana zərbələri başa çatdı - Yenilənib
“Birlik” Karate Klubunun üzvləri “Olimpiya Ümidləri” beynəlxalq turnirində uğurla çıxış etdi - Fotolar
Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
HƏMAS-ın yeni lideri o oldu
Xəzərdə neft tankeri vuruldu
İordaniyada ABŞ hərbi təyyarələrinə raketlərlə hücum
Bu Tədbirlər Planı təsdiqləndi
İlham Əliyevdən İspaniyaya qələbə təbriki
Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub - 10 ölü
Ötən həftə 15-i azyaşlı olmaqla 55 nəfər xilas edilib
Hörmüz boğazında iki neft tankeri partlayıb
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur! - Video-Yenilənib
Rusiya ordusu Xarkovu vurdu - 4 ölü, 20 yaralı var
Konqoda Ebola qurbanlarının sayı 900-ə çatdı
44 günlük Müharibə qəhrəmanı 44 yaşında
Trampdan müsahibə almışdı, indi ona rəqib olur - Foto
“Azərsilah”ın poliqonunda yanğın oldu
Vurulan gəminin kapitanı dəfn edildi - Fotolar
İranda güclü zəlzələ oldu
İspaniya, yoxsa Argentina? - Dünya çempionu bu gecə bəlli olacaq
Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu - Fotolar
Hindistan özəl orbital raketini orbitə çıxardı - İlk dəfə
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
Tramp onun taktikasını tənqid etdiTramp onun taktikasını tənqid etdi
“Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
“Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
Moskvaya dron hücumu - 26 yaralı
Ərinin qəribə vərdişini paylaşdı - Video
Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - Fotolar
SEPAH-dan ABŞ və Yaxın Şərq ölkələrinə SƏRT XƏBƏRDARLIQ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb – Elmi ARAŞDIRMA
İlber Ortaylının qızı atasının əşyalarını satışa çıxardı - Fotolar
Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 22-yə çatdı
Rafael Ağayevə ağır itki
Bir ildə 22 kilo arıqladı - Fotolar