Məşhur müğənni Vəfanı məhkəməyə verir

13-05-2025, 10:22 211 dəfə baxılıb

 

Müğənni Vəfa Şərifova məhkəməyə verilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, verilişlərin birində qonaq olan ifaçı bu barədə elə efirdə agah olub.

Belə ki, Şərifovanı həmkarı Vüsal Əliyev məhkəmə ilə hədələyib. Onu Vəfanı qanun qarşısında cavab verməyə dəvət etmək istəyi isə onların duet oxuduqları "Ömrüm" mahnısı ilə bağlıdır.

Aralarında yaranan soyuqluq səbəbindən Vüsal Əliyev sənətçiyə sözügedən mahnını təklikdə oxumasını qadağan edib.

Vəfa isə onunla birgə konsertdə səhnəyə çıxa bilməməsinə görə qarşı tərəfin belə reaksiya verdiyini bildirib:

"Həmin konsertin vaxtını öncədən razılaşdığımız müddətə qədər mənə bildirməli idi. Gördüm ki, xəbər çıxmır. Mən də həmin vaxta toy götürdüm. Başqa xanımla səhnəyə çıxacağını bilirəm. Konsert vaxtını mənə gec məlumat verdi".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031