Nadir Qafarzadə: “Mən qadınların geyim məsələlərinə qarışmıram”

1-08-2025, 11:17 555 dəfə baxılıb

"Mən ümumiyyətlə, sənət adamlarının, xüsusən də qadınların məsələlərinə qarışmıram. Kim necə istəyir yaşasın, kim necə istəyir geyinsin. Mənim hər sənətçiyə hörmətim var".

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

"Onsuz da sənətçilərin geyimi hər zaman müzakirə olunub. İnsanları heç cür razı salmaq mümkün deyil. Mütləq şəkildə yaxşıda da bir problem tapacaqlar.
Mən fikirləşirəm ki, ona görə, hər kəs özü, öz ailə məsələləri ilə məşğul olsa, yaxşıdır. Kiməsə məsləhət vermək, yol göstərmək kimi dəyərlər artıq keçmişdə qalıb".

Qeyd edək ki, son günlərdə Avroviziya qalibimiz Nigar Camalın geyimi geniş müzakirələrə səbəb olub.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031