Diqqət: Rəşad Dağlı azadlığa çıxır?

8-08-2026, 09:58 144 dəfə baxılıb

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Yenisirvanli.İnfo.Az bildirir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələləri Komissiyasının əsas vəzifəsi müraciətləri toplamaq və dövlət başçısına təqdim etməkdir.

Çingiz Qənizadə bildirib ki, komissiyanın siyahılarında əsasən ağır xəstələr, ailə vəziyyəti ağır olan şəxslər, cəzasının böyük hissəsini çəkmiş məhkumlar və müəyyən kateqoriyaya aid şəxslər yer alır. O vurğulayıb ki, Prezident bu müraciətlərə hər zaman həssas yanaşıb və bir çox hallarda siyahılarda olan şəxslərlə bağlı qərarlar verib.

Rəşad Dağlı məsələsinə toxunan hüquq müdafiəçisi qeyd edib ki, o, qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib və hazırda cəza çəkir.

"Bizim siyahıya salınması üçün heç bir əsas yoxdur. Müəyyən istisnalar olur - ağır xəstəlik, ailə vəziyyəti, azyaşlı uşaqlar, sosial durum və digər humanitar amillər. Amma Rəşad Dağlı həmin kateqoriyaya aid şəxslərdən deyil", - deyə Çingiz Qənizadə bildirib.

O əlavə edib ki, qanunvericiliyə əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaq hüququ qazana bilər. Bununla yanaşı, Prezidentin istənilən şəxsi istənilən vaxt əfv etmək səlahiyyəti var. Lakin bunun üçün əsasların mövcud olması vacibdir.

"Prezident istədiyi şəxsi istədiyi vaxt əfv edə bilər. Amma bunun üçün əsas olmalıdır. Mən hesab edirəm ki, Rəşad Dağlı fərdi qaydada əfv olunmalı şəxslər kateqoriyasına aid deyil", - deyə Çingiz Qənizadə vurğulayıb.

Yenisirvanli.İnfo.Az  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930