İSRAİL VƏ SURİYA ARASINDA DANIŞIQLAR BAŞLAYIR: ABŞ ortaya girdi və... - Görüş Bakıda olacaq?

23-07-2025, 10:23 249 dəfə baxılıb

 

İsrail və Suriya rəhbərliyi arasında görüş başlayacaq.

 Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Axios xəbər platforması yazıb.

Bildirilib ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında görüş razılaşdıırlıb: "ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın sədrliyi ilə keçiriləcək görüş cümə axşamı baş tutacaq. Görüşün yeri ilə bağlı bir neçə variant var"

Məlumatda deyilir ki, İsrailin ərəb bədəviləri ilə druzlar arasında yaçşanan toqquşmanı bəhanə edərək, paytaxt Dəməşqə hava zərbələri endirməsindən sonra bölgədə durum daha da gərginlşib: "İndisə ABŞ ortaya girərək, tərəfləri masaya oturdur...".

Xatırladaq ki, bundan əvvəl tərəflər arasında ilk görüş Bakıda olub. Mümkündür ki, ikinci və mühüm görüş də Bakıda baş tutsun...



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031