Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

8-08-2026, 10:40 137 dəfə baxılıb

 

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində Kolumbiyanın yeni rəhbərliyinə təhlükəsizlik sahəsində yardım paketi olaraq 1 milyard dollar ayrıldığını elan etmək niyyətindədir. Məlumata görə, bu vəsait Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı ABŞ ilə birgə mübarizəyə yönəldiləcək. Bununla yanaşı, pulun bir hissəsinin iqtisadi layihələrin inkişafına, ticarətə və kritik mineralların hasilatına sərf edilməsi nəzərdə tutulur.

Bundan başqa, Kolumbiyanın yeni dövlət başçısı Abelardo de la Esprielya ABŞ-nin təşəbbüsü ilə yaradılan “Amerika Qalxanı” alyansına qatılacaqlarını açıqlayıb.

“Mənim ilk hökumət aktlarımdan biri qüvvələri birləşdirməyə, strateji məlumatları mübadilə etməyə və milli, eləcə də regional təhlükəsizliyə təsir edən təhdidlər qarşısında azad ölkələrin birgə fəaliyyətini gücləndirməyə imkan verəcək “Amerika Qalxanı” təşəbbüsünə [qoşulma aktını] imzalamaq olacaq”, – deyə avqustun 7-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib.

Prezident bu qərarını Kolumbiyanın da digər dövlətlər kimi qlobal səviyyədə fəaliyyət göstərən cinayətkar strukturlara qarşı təkbaşına qalib gələ bilməməsi ilə izah edib.

De la Esprielya, həmçinin vurğulayıb ki, onun rəhbərlik etdiyi hökumət qarşılıqlı hörmət əsasında dünyanın bütün ölkələri ilə əlaqələri inkişaf etdirəcək.

“Biz mövcud azad ticarət müqavilələrini daha da gücləndirəcək və yeni sazişlərin bağlanmasını təşviq edəcəyik”, – deyə o bildirib.,


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930