Separatçıların son sığınacağı da DAĞILDI - Qondarma rejimin "televiziyası" BAĞLANDI

1-10-2026, 11:12 208 dəfə baxılıb

 

Məhv olmuş keçmiş qondarma rejimin "Artsax TV" adlı "televiziya kanalı" fəaliyyətini dayandırdığını açıqlayıb.

Musavat.com "Aysor"a istinadən xəbər verir ki, bu barədə kanalın "direktoru" Hrayr Avetisyan sosial şəbəkə hesabında paylaşım edib.

Hrayr Avetisyan bildirib ki, televiziya kanalı hazırkı heyətlə işini yekunlaşdırır.

O, bu qərarın kanal rəhbərliyi tərəfindən verilmədiyini, platformadan istifadə hüququnun başqa bir qeyri-hökumət təşkilatına həvalə edildiyini qeyd edib.

Qeyd edək ki, sözügedən "resurs" Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş ləğv olunmuş qanunsuz, qondarma qurumun təbliğat ruporu olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031