Anar Nəcəfli işdən çıxarıldı

20-08-2026, 10:39 58 dəfə baxılıb

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.


Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub.

Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.

Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. (Gununsesi.info)


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930