Müşfiqabadda sürüşmə təhlükəsi getdikcə artır - VİDEO

19-08-2026, 10:11 253 dəfə baxılıb

 

Qaradağ rayonun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, güclü yağış və sel nəticəsində vermiş uçqun isə hələ də aradan qaldırılmayıb.

 

İri beton konstruksiyalar avtomobillərin üzərinə aşıb.

 

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri deyirlər ki, bir müddət əvvəl yağan güclü yağış və sel nəticəsində yaranan uçqun və torpaq sürüşməsinin fəsadları hələ də aradan qaldırılmayıb. Əksinə, ərazidə vəziyyətin daha da ağırlaşdığı, yaşayış binasının ətrafında uçqun təhlükəsinin yarandığı bildirilir.

 

Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində binanın ətrafında torpaq qatında ciddi dəyişikliklər baş verib. Hazırda ərazidə uçqun təhlükəsinin olması və yaşayış binasında bəzi çatların əmələ gəlməsi sakinlərin narahatlığını artırıb. Onlar mümkün təhlükənin qarşısının vaxtında alınmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.

 

Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən “Xəzər Xəbər”ə bildirildi ki, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət olunub. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930