Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO

30-08-2026, 10:49 206 dəfə baxılıb

 

Xətai rayonu, Rüstəm Əliyev küçəsi, 43 ünvanında yerləşən binanın sakinləri mənzillərə çıxarışın verilməməsindən və kommunal xidmətlərin qeyri-əhali tarifi ilə hesablanmasından narazıdırlar.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, sakinlərin sözlərinə görə, 2019-cu ildən mənzillərində məskunlaşsalar da, indiyədək qaz və elektrik enerjisi üzrə əhali abonenti kimi qeydiyyata alına bilməyiblər. Nəticədə kommunal xidmətlərə görə ödənişlər əhali tarifi ilə deyil, qeyri-əhali tarifi ilə hesablanır.

 

Sakinlər bildirirlər ki, illərdir aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Bununla yanaşı, mənzillərə çıxarış almaq da mümkün olmur.

 

Vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

 

"Şikayətimiz "Ocaq" MTK ilə bağlıdır. Bina 2019-cu ildə təhvil verilib və hazırda mənzillərin təxminən 80 faizində yaşayış var. Hazırda binanın kommunal xətləri hüquqi şəxsin adına olduğuna görə işıq və qaz üçün ödənişləri qeyri-əhali tarifi ilə edirik və bu da büdcəmizə ciddi zərər vurur", - onlardan biri söyləyib.

 

Digər bir sakin isə bildirib: "Neçə ildir binaya çıxarış ala bilmirik. Səbəblər çoxdur, tikinti şirkəti kommunal infrastrukturla bağlı öhdəliklərini yerinə yetirməyib. Faktiki olaraq illərdir mülkiyyət sənədi olmadan yaşamaq məcburiyyətində qalmışıq".

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930