Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

16-06-2026, 10:20 1 639 dəfə baxılıb

 

Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də keçiriləcək ənənəvi illik tədbirində Ermənistanı Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan təmsil edəcək. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb. 


Məlumata görə, Nyu-Yorkda baş tutacaq tədbirdə hökumət başçısının həyat yoldaşı qismində iştirak edəcək Akopyanın ezamiyyət sərəncamı Paşinyan tərəfindən 11 iyunda imzalanıb.


26 iyun - 4 iyul tarixlərində davam edəcək səfər xərclərinin müəyyən olunmuş qaydada ödənilməsi barədə hökumət aparatına tapşırıq verilib. Səfər üçün ayrılan vəsaitin miqdarı açıqlanmır. 


Xatırladaq ki, Nikol Paşinyan və Anna Akopyanın vətəndaş nikahı bu ilin fevral ayında başa çatıb. Keçmiş cütlüyün 4 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031