Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu

6-08-2026, 11:27 1 933 dəfə baxılıb

 Pentaqonda təcili müşavirə keçiriləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, təcili iclasın keçirilməsi barədə qərar ABŞ Prezidenti Donald Trampın ölkənin müharibə naziri Hit Peqsetin müavini, təchizata görə şəxsən cavabdeh olan Stiven Faynberqə zəng etməsindən sonra qəbul edilib. 


“Prezident Trampdan qəzəbli zəng almış hərb nazirliyinin ikinci adamı ABŞ-də sursat çatışmazlığı ilə bağlı məsələləri müzakirə etmək üçün bu gün hərbi və müdafiə satınalmaları üzrə yüksəkrütbəli məmurların təcili iclasını keçirəcək”, - telekanalın məlumatında deyilir. 


Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatında Trampın sursat çatışmazlığı ilə bağlı xəbərlərlə əlaqədar Pentaqon rəhbəri Pit Heqsetə narazılığını bildirdiyinə dair yazı dərc olunub. Bildirilib ki, Tramp Heqsetin ABŞ-nin silah ehtiyatları ilə bağlı ona yanlış məlumatlar verdiyi qənaətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930