Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

21-09-2026, 11:40 106 dəfə baxılıb

 

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədən asılı olaraq fərqli qarşılanmasının normal olduğunu bildirib:

"Hər kəsə hörmətim var. Kim tənqid edirsə, özü bilər. Bəyənən də var olsun. Artıq bu güllə ürəkdən atılıb, onu arxaya qaytara bilmərik. Bu mahnı ürəkdən gələn bir şeydir və mənim də xoşuma gəlib. Kim bəyənmirsə, Allah işlərini avand etsin. Hər kəsin öz işidir".

Xalq artisti mahnının sözləri və Üzeyir Mehdizadə ilə əməkdaşlığı barədə də danışıb:

"Mahnının sözləri mənim könlümə yatdı. Həm də Üzeyir bizim qardaşımızdır. Mən də istədim ki, muğamı bir az gəncləşdirim".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031