ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər

Dünən, 16:46 1 614 dəfə baxılıb

 

ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin əvvəlində imzalana bilər. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.


İmzalanmanın Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinin günlərində - 15-17 iyun tarixləri arasında baş tuta biləcəyi bildirilir. Memorandumun imzalanması üçün mümkün yer kimi İsveçrənin Cenevrə şəhərinin nəzərdən keçirildiyi iddia olunur. 


Sammit isə Fransanın Alp dağlarının ətəyində yerləşən Evian şəhərində keçiriləcək. 


Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan edib. İran tərəfi də anlaşma memorandumunun əsas bəndlərinin razılaşdırıldığını təsdiqləyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930